Gələn il metronun "Həzi Aslanov" stansiyası əsaslı təmir olunacaq

Gələn il metronun "Həzi Aslanov" stansiyasının əsaslı təmirinə başlanılacaq.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin baş mühəndisi Əlixan Osmanov deyib. Onun sözlərinə görə, hazırda layihə smetasının hazırlanması işləri aparılır.

"Yaxın gələcəkdə həmçinin “Nizami” stansiyasının da eskalatorlarının dəyişdirilməsi ilə əlaqədar təmir işləri aparılacaq. Bundan başqa, digər texniki istismara bağlı işlərimiz də var ki, onlar da yerinə yetiriləcək", - deyə Ə. Osmanov qeyd edib.

Tarix
8 Noyabr 2019 [18:44]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-11-08 18:44:49
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin