Narkobaronun oğlunu tutan polisə 150 güllə vuruldu – VİDEO

15:24 - 8 Noyabr 2019 - HADİSƏ

Meksikalı narkobaron “El Chapo” ləqəbli Joaquin Guzmanın oğlunun həbsində iştirak edən polis məmuru güllələnərək öldürülüb.

Ucnoqta.az xəbər verir ki, narkobaronun oğlu Ovidio Guzman Lopez keçən ay polis əməkdaşlarından ibarət xüsusi qrup tərəfindən yaxalanıb.

Bildirilir ki, hadisədən bir müddət sonra “El Chapo”ya işləyən dəstə üzvləri polis məmurunun olduğu avtomobili təqib ediblər və o, maşını park etdiyi zaman 30 saniyə ərzində dayanmadan avtomat silahlardan atəş açaraq onu 150 güllə ilə qətlə yetiriblər.

Meksika mətbuatının yazdığına görə, təhlükəsizlik qüvvələri Lopezi həbs edən vaxt aralarında polis məmuru Eduardo N.-da olub.

Qeyd edək ki, Ovidio Guzman Lopezin həbsindən sonra, kartel üzvləri şəhəri müharibə zonasına çeviriblər və daha çox ölüm hallarının baş verməməsi üçün, ABŞ-da axtarışda olan “El Chapo’nun oğlu həbsdən azad edilmişdi.

 

Namiq Musayev

 

 

Xəbər xətti