“Ucalsın bayrağımız!” deyəcəyik

Abdulla Şaiq  adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq”  teatr-studiyası ənənə halını alan bayram konsertlərini davam etdirməkdədir.

Teatrın mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, belə ki, studiya fəalları noyabrın 9-da paytaxtın ən böyük alış-veriş məkanlarından olan “Park Bulvar” AVM-də (saat 13.00) növbəti konsertini keçirəcək. 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə təşkil olunan konsertdə studiyanın vokalçı üzvlərinin ifalarında  vətənpərvərlik mahnılarından ibarət zəngin proqram təqdim olunacaq.

“Park Bulvar” AVM ilə birgə təşkil olunan konsertin məqsədi uşaq və yeniyetmələrin bayrağa sevgisini artırmaq, bu xüsusi təqvimi yaddaqalan etməkdir.
2 saat davam edəcək konsertdə müxtəlif kompozisiyalar, məşhur nağıl və cizgi film qəhrəmanlarının kuklalarının şousu və tamaşaçılarla yarışmalar da təşkil olunacaq.

Qeyd edək ki, konsertə giriş sərbəstdir.

Tarix
8 Noyabr 2019 [14:49]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-11-08 14:49:29
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin