Azyaşlının qətlə yetirilməsi ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.
Ucnoqta.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, hadisə Şəmkirdə baş verib.
Qeyd edək ki, sosial şəbəkədə 8-ci sinif şagirdinin hamilə qaldığı, buna görə də atasının sifarişi ilə əmisi tərəfindən başı kəsildiyi məlumatı yayılıb.
Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən report-a verilən məlumata görə, azyaşlının qətlə yetirilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatların həqiqətə uyğun deyil. İdarədən qeyd edilib ki, nə dünən, nə də bu gün belə bir faktla bağlı polis orqanlarına məlumat daxil olmayıb.