Azercell-dən Samsung smartfonları üçün xüsusi təklif!

 “Azercell Telekom” MMC yeni “Samsung smartfonları” kampaniyası çərçivəsində abunəçilərə 12 aylıq  1GB internet paketi hədiyyə edir

Ölkənin rəqəmsal həllər təqdim edən lider mobil operatoru “Azercell Telekom” MMC ən son model smartfonları daha da əlçatan etmək məqsədilə, abunəçilərə xüsusi şərtlər ilə yeni kampaniya təqdim edir. Ən sərfəli təkliflərlə seçilməyi hədəfləyən şirkət müştərilərin qarşısına Azercell-in innovativ xidmətləri və Samsung brendinin etibarlılığını özündə cəmləşdirən yeni “Samsung smartfonları” kampaniyası ilə çıxır. 07.11.2019-15.01.2020 tarixləri ərzində Azercell-in Eksklüziv mağazaları və ya rəsmi diler dükanlarında A seriyalı Samsung smartfonu və yeni Azercell nömrəsi əldə etməklə, hər bir abunəçi 12 ay boyunca 1GB internet paketindən pulsuz yararlanmaq üçün əvəzolunmaz fürsət qazanacaq.

Bu yeni ili yeni Samsung smartfonunuz ilə qarşılayın! Artıq ünsiyyətiniz daha dinamik, xatirələriniz daha rəngarəng olacaq!
Kampaniya haqqında ətraflı məlumatla https://www.azercell.com/az/personal/campaigns/monthly/samsung_a/ səhifəsindən tanış olun.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz 

Tarix
8 Noyabr 2019 [14:32]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-11-08 14:32:38
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin