"Qarabağ" APOEL-ə məğlub oldu

23:49 - 7 Noyabr 2019 - İDMAN

Bu gün Avropa Liqasının qrup mərhələsində 4-cü tura yekun vurulacaq.

Turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da növbəti matçına çıxıb. Ağdam təmsilçisi Kipr səfərində APOEL-lə qarşılaşır. Qrupda 4 xalla 2-ci olan “Qarabağ” səfərdə qalib gəlsə, növbəti mərhələyə vəsiqə üçün böyük addım atmış olacaq. Bir xalla qrup sonuncusu olan Nikosiya təmsilçisinə də qələbə çox vacibdir. Bu baxımdan “Qarabağ”ı asan oyun gözləmədiyini demək olar.

Bu, “Qarabağ”ın APOEL-lə  mövsümdə 4-cü oyunu olacaq. Əvvəlcə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində səfərdə 2:1 hesabı ilə qalib gələn  Qurban Qurbanovun komandası doğma meydanda 0:2 uduzaraq, tunirlə vidalaşmışdı. Avroliqanın qrupunda Bakıdakı oyunda isə qalib müəyyənləşməyib – 2:2.

Qeyd edək ki, bu gün A qrupunun digər oyununda “Sevilya” (İspaniya) səfərdə “Düdelanj”la (Lüksemburq) qarşılaşacaq.

7 noyabr
Avropa Liqası
A qrupu

 
21:55. APOEL (Kipr) - “Qarabağ” (Azərbaycan) - 2:1 
Qol: Maksim Medvedev, 10 (0:1), Lukas Souza, 59 (1:1), İoannu, 88 (2:1)
Hakimlər: Manuel Şuttenqruber, Roland Brandner, Robert Steynaşer, Kristofer Yaqer (hamısı Avstriya).
Nikosiya. GSP stadionu

21:55. “Düdelanj” (Lüksemburq) - “Sevilya” (İspaniya) - 2:5 
Qollar: Dabbur, 18 (0:1), Əl Həddadi 27  (0:2), 33 (0:3), Dabbur, 36 (0:4), Əl Həddadi, 67 (0:5), Sinani, 69 (1:5), 80 (2:5)
/qol.az

Xəbər xətti