Sürücü "qırmızı"da belə əyləndi - VİDEO

18:56 - 7 Noyabr 2019 - MARAQLI

İşıqforun qırmızı işığında gözləyən sürücünün əyləncə görüntüləri sosial şəbəkədə yayımlanıb. Ucnoqta.az xəbər verir ki, maraqlı hadisə Rusiyanın Sankt-Peterburq şəhərində baş verib.

Kadrlarda, “qırmızı”da dayanmış avtomobil sürücüsünün sükan arxasında gitara çaldığı görülür. Svetoforun yaşıl işığının yanmasını görən sürücü gitaranı yan kresloya qoyaraq yoluna davam edir. Sürücünün bu hərəkətlərini, eyni vəziyyətdə olan avtobusun sərnişinlərindən biri tərəfindən mobil telefon vasitəsi ilə qeydə alınıb.

 

Namiq Musayev

 

Xəbər xətti