Yeni “prava” alan qadın sürücü, yeniyetmə qızı vurub havada uçurtdu - VİDEO

16:14 - 7 Noyabr 2019 - HADİSƏ

Başqırdıstanda yeni “prava” alan qadın sürücü qəza törədib. Ucnoqta.az xəbər verir ki, insident ötən gün axşam saatlarında Durtüylü rayonunda qeydə alınıb.

Məlumata görə, 8-ci sinif şagirdi olan qız üzgüçülüyə getdiyi idman mərkəzindən evə qayıdan zaman yolu keçmək istəyərkən minik avtomobili tərəfindən vurulub. Zərbənin şiddətindən yeniyetmə qız havada uçaraq yol kənarına düşüb.

Nəticədə məktəbli aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, qadın sürücülük vəsiqəsini yeni alıb və o, pedalların yerini səhv salaraq əyləc yerinə qaza sıxıb.

Müvafiq qurumlar tərəfindən araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

 

Xəbər xətti