Ərdoğan Putinlə Suriyadakı vəziyyəti müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə Suriyadakı vəziyyəti müzakirə edəcək. 

Qeyd edək ki, Türkiyə başçısı ABŞ Prezidenti Donald Trampla bu məsələni artıq müzakirə edib.

“Ankara əldə edilmiş razılaşmalar çərçivəsində öhdəliklərin bir hissəsini sonuna qədər yerinə yetirəcək. Biz memorandumdan geri çəkilmirik”, - deyə Ərdoğan bildirib.

Bundan əvvəl Putin və Ərdoğan Soçidəki görüşdə Suriyanın şimal-şərqindəki vəziyyətin nizamlanması üçün ortaq tədbirlər haqqında memorandum imzalayıblar. Razılaşmaya əsasən, Rusiya hərbi polisi və Suriya sərhədçiləri Türkiyənin yaratdığı 30 kilometrlik təhlükəsizlik zonası ilə həmsərhəd olan ərazilərə köçürülüblər./oxu.az

 

Tarix
7 Noyabr 2019 [14:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-11-07 14:53:49
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin