Fatih Terim: "Nəticəyə görə təkcə üzülmədik, həm də utandıq"

12:17 - 7 Noyabr 2019 - İDMAN

"Sözün düzü, oyunla və məğlubiyyətlə bağlı deyəcək bir sözüm var, o da təəssüf. Bu nəticəyə görə təkcə üzülmədik, həm də utandıq. İlk 10 dəqiqədə hesabda 0:3 geriyə düşmək çox çətindir. Məğlubiyyət ola bilər, amma bu gün mübarizə görmədim".

Bu sözləri "Qalatasaray"ın baş məşqçisi Fatih Terim Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda səfərdə "Real" 0:6 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"İlin sonuna kimi 9 matçımız olacaq. Hər oyunçuya yanvar ayına qədər ehtiyacımız var. Təbii ki çox məyusuq, azarkeşlərimizə belə bir gün yaşatdığımız üçün də üzülürük. Onlara deyəcəyimiz bir söz yoxdur. İlk 10 dəqiqədə "Real" 3:0 hesabı ilə öndə olursa, yekun hesab belə azdır"./qol.az

Xəbər xətti