"Qarabağ" bu gün APOEL-lə qarşılaşır

Bu gün Avropa Liqasının qrup mərhələsində 4-cü tura yekun vurulacaq. Qol.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da növbəti matçına çıxacaq. Ağdam təmsilçisi Kipr səfərində APOEL-lə qarşılaşacaq. Qrupda 4 xalla 2-ci olan “Qarabağ” səfərdə qalib gəlsə, növbəti mərhələyə vəsiqə üçün böyük addım atmış olacaq. Bir xalla qrup sonuncusu olan Nikosiya təmsilçisinə də qələbə çox vacibdir. Bu baxımdan “Qarabağ”ı asan oyun gözləmədiyini demək olar. Bu, “Qarabağ”ın APOEL-lə  mövsümdə 4-cü oyunu olacaq. Əvvəlcə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində səfərdə 2:1 hesabı ilə qalib gələn  Qurban Qurbanovun komandası doğma meydanda 0:2 uduzaraq, tunirlə vidalaşmışdı. Avroliqanın qrupunda Bakıdakı oyunda isə qalib müəyyənləşməyib – 2:2. Qeyd edək ki, bu gün A qrupunun digər oyununda “Sevilya” (İspaniya) səfərdə “Düdelanj”la (Lüksemburq) qarşılaşacaq.
Tarix
7 Noyabr 2019 [08:21]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-11-07 08:21:46
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin