6 ay əvvəl düşmən, indi isə dostdurlar - Foto

10:36 - 6 Noyabr 2019 - MAQAZİN

Bir müddət əvvəl bir-birini təhqir edən müğənni Afət Fərmanqızı ilə meyxanaçı Aqşin Fateh barışıb. “Qafqazinfo” xəbər verir ki, onlar azərbaycanlıların Rusiyada təşkil olunan məclisində bir araya gəliblər.

Afət instaqramda Aqşinlə fotosunu paylaşaraq “dostlarla gözəl bir toyda” şərhini yazıb. Bununla da, 6 aydır düşmən olan cütlük dosta çevirilib.

Qeyd edək ki, Aqşin- Afət gərginliyinin ortaya çıxmasına səbəb meyxana ifaçısının “5-də 5” proqramında maşınını reklam edən müğənniləri tənqid etməsi olub. Afət instaqramda status yazaraq Aqşinin bahalı maşını, evi olan xanım müğənniləri “pozğun” adlandırdığını iddia edib və ona meyxanaçılar- Ağamirzə ilə Kərimdən kişiliyin nə olduğunu öyrənməyi təklif edib.

A.Fateh isə instaqramda ifaçıya cavab olaraq “əgər dediyim sözlər kimisə narahat edirsə, demək, hədəfinə çatıb. Millət əxlaqsız və üzdəniraq qadın və kişilərin biabırçılıqlarından bezdi” deyə yazıb..

 


Xəbər xətti