108 yaşlı qadın uzunömürlülüyünün sirrini AÇDI

09:20 - 5 Noyabr 2019 - MARAQLI

İngiltərədə Şimali Yorkşir qraflığının, Harroqeyt şəhər sakini 108 yaşını qeyd edib. Ucnoqta.az xəbər verir ki, o, uzun ömürlülüyünün sirrinin şampan şərabında olduğunu bildirib.

Doroti Flauers deyib ki, şampan həmişə onun ən sevimli içkisi olub.

Qadının qaldığı qocalar evinin işçilərinin sözlərinə görə, onlar Flauersin burda olduğu vaxtdan indiyə qədər, onun şampandan başqa heç bir içkiyə müraciət etdiyini görməyiblər.

Uzunömürlünün övladı olmayıb, həyat yoldaşı isə 1981-ci ildə dünyasını dəyişib. Amma ona tez-tez bacısı qızı baş çəkir.

Flauers ad günü münasibəti ilə müxtəlif ölkələrdən 650-dən çox təbrik açıqcası alıb.

 

Namiq Musayev

Xəbər xətti