Millət vəkili Oqtay Gülalıyevə baş çəkdi

11:51 - 4 Noyabr 2019 - Xəbər

Millət vəkili Aydın Mirzəzadə qəzadan sonra müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevə baş çəkib.

Bu barədə deputat özü məlumat yayıb. O, qeyd edib ki, bir neçə dəqiqə əvvəl Respublika Neyrocərrahiyyə Xəsəxanasında olub:
“İcazə alaraq reanimasiya şöbəsində onu gördüm, baş həkim, onu əməliyyat edən cərrah və reaminatoloqla onun vəziyyəti barədə söhbət etdim.

Vəziyyəti ağır stabildir, dərin komadadır, intensiv müalicəsi gedir. Lazımi dərmanlar vurulur, müalicəsi ciddi nəzarətdədir. Ailəsinə və yaxın dostların onu görməyə icazə verilir, vəziyyəti və müalicənin gedişi barədə məlumatlandırılır.

Allah şəfa versin”.

Xəbər xətti