Özbəkistan ərazisində 3,5 bal gücündə zəlzələ baş verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Respublika Fövqəladə Hallar Nazirliyinin Seysmik Proqnozların Monitorinqi Mərkəzi məlumat yayıb.
Qeyd olunur ki, yeraltı təkanlar yerli vaxtla saat 15:32-də qeydə alınıb. Zəlzələnin episentri Daşkənddən 422 km cənub-qərbdə, Kaşkadərya bölgəsində yerləşib.
Tələfat və dağıntılar barədə məlumat verilmir.