Abşeronda avtomobil aşıb, ölən var

21:29 - 1 Noyabr 2019 - HADİSƏ

Abşeronda avtomobil çuxura düşərək aşıb, sürücü həlak olub.

Hadisə Bakı-Quba magistralının Saray qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, "Fiat" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü ağır xəsarətlər alıb. O, hadisə yerindəcə dünyasını dəyişib. Hazırda sürücünün şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır./report

 

Xəbər xətti