FHN Goranboydakı qəza ilə bağlı məlumat yayıb

21:24 - 1 Noyabr 2019 - HADİSƏ

Goranboy rayonunda "КамАЗ" markalı yük avtomobili ilə “ВАЗ” markalı minik avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.​/trend

Xəbər xətti