Azərbaycanlı hakim "Yuventus"un matçına təyinat alıb

16:00 - 1 Noyabr 2019 - İDMAN

Azərbaycanın FİFA referisi Rauf Cabarov beynəlxalq təyinat alıb.

AFFA-nın rəsmi saytında verilmiş məlumata görə, Rauf Cabbarov UEFA Gənclər Liqasında “Lokomotiv” (Moskva, Rusiya) – “Yuventus” (Italiya) oyununun baş hakimi olacaq. Ona Namiq Hüseynov və Pərvin Talıbov kömək edəcək.

Qarşılaşma noyabrın 6-da Rusiyanın paytaxtı Moskvada keçiriləcək. 

Xəbər xətti