Firəngiz Əlizadə yenidən Bəstəkarlar İttifaqının sədri seçilib

13:56 - 30 Oktyabr 2019 - Xəbər

Bu gün Azərbaycan Bəstəkarlar İttifaqının X qurultayı keçirilib.

Əvvəlcə İttifaqa 21 nəfərlik yeni İdarə Heyəti seçilib. Daha sonra açıq səsvermədə qurultay iştirakçıları Xalq artisti Firəngiz Əlizadəni yenidən 5 il müddətinə Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinə sədr seçiblər.

Qeyd edək ki, Azərbaycan Bəstəkarlar İttifaqının sonuncu qurultayı 2012-ci ildə keçirilib. F. Əlizadə 2007-ci ildən İttifaqın sədridir./Apa

Xəbər xətti