Bərdədə traktorla yük avtomobili toqquşub: xəsarət alanlar var - FOTO

Bərdə rayonunda yol qəzası baş verib.

Hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Bərdə rayonunun Hüseyinbəyli kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, Tovuz rayon sakini, 1958-ci il təvəllüdlü Vaqif Qurban oğlu İbrahimovun idarə etdiyi "QAZel" markalı yük avtomobili Bərdə rayonunun Hacallı kənd sakini Rahib Akif oğlu Məmmədovun idarə etdiyi traktorla toqquşub.

Nəticədə "QAZel"in sürücüsü və sərnişini, 1960-cı il təvəllüdlü Hikmət İsa oğlu Allahverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır./report

Tarix
28 Oktyabr 2019 [21:25]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-10-28 21:25:34
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin