Elmar Məmmədyarov Misirin xarici işlər naziri ilə görüşüb

21:49 - 25 Oktyabr 2019 - SİYASƏT

Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Misir Ərəb Respublikasının Xarici İşlər naziri Sameh Şükri ilə görüşüb

XİN-dən Ucnoqta.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan və Misir arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi, əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Sameh Şükri Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün mükəmməl səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Azərbaycan tərəfinə təbriklərini çatdırıb.

Nazir Elmar Məmmədyarov iki ölkə arasında mövcud olan əməkdaşlıq münasibətlərinin cari vəziyyətindən məmnunluq ifadə edərək, xüsusilə enerji sahəsində əməkdaşlığı qeyd etdi. Həmçinin turizm sahəsində əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri vurğulanıb.

Tərəflər iki ölkə arasında müqavilə-hüquq bazasının daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 

Xəbər xətti