81 yaşlı AYB sədri: "Yaşlı nəslin nümayəndələri vəzifədən getməlidir"

“Hesab edirəm ki, yaşlı nəslin nümayəndələri vəzifədən getməli və onların yerinə gənc nəslin nümayəndələri gəlməlidir”.

Ucnoqta.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayev deyib. O, gənclərin yüksək vəzifələrə təyin olunmasını müsbət qiymətləndirdiyini bildirib: “Azərbaycanda dövlət müəssisələrində gənclərin təyinat almasını çox təbii hal kimi qiymətləndirirəm. Belə də olmalıdır”.

AYB sədri sosial şəbəkələrdə yaşlı nəslin nümayəndəsi olduğu üçün onun da istefa verməsinin məqsədəuyğun hesab edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib: “Mən təbii ki, istefa verməmişəm. Ümumiyyətlə, Azərbaycan Yazıçılar Birliyi seçkili orqandır və burada sədr qurultayda seçilir. Azərbaycan Yazıçılar Birliyinə sədr seçilməsi üçün qurultay olacaq və orada kim seçiləcəksə, sədr o olacaq. Qurultayın da gələn il keçiriləcəyi gözlənilir”.

Qeyd edək ki, A.Rzayevin 81 yaşı var. O, 1987-ci ildən AYB-nin sədri vəzifəsini tutur.

Tarix
23 Oktyabr 2019 [14:20]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-10-23 14:20:46
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin