Bakıda sürücünü bıçaqla hədələyib avtomobilini qaçırdılar

13:05 - 23 Oktyabr 2019 - HADİSƏ

Sabunçuda 3 nəfər sürücünü bıçaqla hədələyib avtomobilini qaçırıblar

DİN-dən verilən məlumata görə, oktyabrın 22-də saat 2 radələrində Sabunçu rayonunun Ramana qəsəbəsində 3 nəfərin A.İsmayılovu bıçaqla hədələyib “VAZ-2107” markalı avtomobildə apalıması barədə DİN-in “102” Zəng Mərkəzinə müraciət daxil olub.

Məlumatla əlaqədar dərhal Sabunçu RPİ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Sabunçu RPİ PPXB, DYPŞ və 12-ci PŞ əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan avtomobili idarə edən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş K.Əsgərov Sabunçu qəsəbəsi ərazisində avtomobillə birgə saxlanılıb.

Polis əməkdaşları tərəfindən bu cinayət əməlini törətməkdə şübhəli bilinən digər 2 nəfərin də şəxsiyyətləri müəyyən edilib.

Üz və bədən nahiyəsindən xəsarət almış A.İsmayılov xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

Xəbər xətti