Bakıda yolu keçən 3 qızı maşın belə vurdu — VİDEO

12:23 - 23 Oktyabr 2019 - HADİSƏ

Bakıda baş vermiş dəhşətli qəza anı kameraya düşüb.

Ucnoqta.az xəbər verir ki, üç qız Heydər Əliyev prospektində yolu keçməyə çalışır. Bu zaman orta yoldakı sol zolaqla hərəkətdə olan avtomobil onları vurur. Qızlardan biri avtomobilin altında qalır. Digər ikisi isə yüngül xəsarətlə canını qurtarır.

Qeyd edək ki, həmin ərazi piyadaların keçməsi üçün nəzərdə tutulmayıb. Lakin tez-tez piyadalar yolu keçir və qəzalar baş verir.
Görüntüləri təqdim edirik:

 

Xəbər xətti