AMEA prezidenti istefa verdi

22:59 - 22 Oktyabr 2019 - Xəbər

Ötən gün Prezident İlham Əliyevin pensiya yaşına çatmış məmurlara çağırışından sonra Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin fövqəladə toplantısı təyin olunub.   Demokrat.az-ın əldə etdiyi məlumata görə, artıq AMEA prezidenti Akif Əlizadə istefa ərizəsini yazıb və sabah AMEA-ya yeni prezident seçiləcək.   Fövqəladə toplantı oktyabrın 23-də saat 11:00-a təyin olunub.   AMEA-nın yeni prezidenti kimi akademiklər - Nərgiz Paşayevanın və Rasim Əliquliyevin şansları daha çox dəyərləndirilir.   Qeyd edək ki, AMEA-nın indiki prezidenti akademik Akif Əlizadədir. Hazırda onun 86 yaşı var. 

Xəbər xətti