Dünyadan iki dəfə böyük planet aşkar edildi

21:38 - 22 Oktyabr 2019 - MARAQLI

"Günəş sisteminin sirrlərini ortaya çıxarmaq üçün əskik olan hissəni tapdıq".

Ucnoqta.az Buta.Ws-ə istinadən xəbər verir ki, bu açıqlama ABŞ-ın Havaçılıq və Kosmos dairəsi Nasa araşdırmaçılarına aiddir. Nasanın planet ovçusu "Test" dünyadan 73 işıq ili uzaqlıqda üç planet aşkar edib. Üçüncü planet daha öncə heç bir planetdə görülməyən özəllikləri ilə diqqəti çəkib. Yupiter və Neptun kimi qazdan ibarət olan planet, həcmi ilə də digərlərindən fərqlənir. Belə ki, planet dünyamızın iki qatı böyüklüyündədir. Bu planet araşdırmaçıların həllini tapa bilmədiyi "İri qaz kütlələri necə əmələ gəlir?" sualına da cavab olacaq. Səthində olan istilik yaşama əlverişli olsa da, Atmosfer qatının yoğunluğu bu ehtimalı mümkünsüz edir.

Qeyd edək ki, Test dünyadan kənarda mövcud olan planetləri kəşf etmək üçün Nasa tərəfindən Kosmosa 2018- ci ildə buraxılıb.

Xəbər xətti