İşin “razqar” vaxtı xanım sürücü hamını “çıldağlıq” elədi - VİDEO

13:52 - 22 Oktyabr 2019 - HADİSƏ

Səudiyyə Ərəbistanında qadın sürücünün avtomobillə restorana daxil olma görüntüləri təhlükəsizlik kamerasına düşüb. Ucnoqta.az xəbər verir ki, hadisə Ciddə şəhərinin Fələstin küçəsində qeydə alınıb.

Kadrlarda, işin “razqar” olan vaxtı, müştərilərdən olan qadın sürücü avtomobilini restoranın önünə park etmək istədiyi görülür. Lakin, Ərəb əsilli xanım qaza ayağını bir az möhkəm sıxaraq

“Hyundai” markalı avtomobilini yeməkxananın ön şüşəsindən içəri salır.

Hadisədə xoşbəxtlikdən ölən və ya xəsarət alan olmasa da restoran ciddi ziyan dəyib.

 

Namiq Musayev

 

 

Xəbər xətti