“Qızıl top”a namizədlər açıqlandı

“France Football” jurnalı “Qızıl top”a namizədlərin siyahısını dərc edib.

“Qafqazinfo”nun məlumatına görə, namizədlərin ilk beşliyində Sadyo Mane (“Liverpul”), Serxio Aquero (“Mançester Siti”), Frenki de Yonq (“Ayaks”/”Barselona”), Uqo Lyoris (“Tottenhem”) və Duşan Tadiç (“Ayaks”) yer alıb. 

İkinci beşliyə Kilian Mbappe (“PSJ”), Trent Aleksander-Arnold (“Liverpul”), Donni van de Bek (“Ayaks”), Pyer-Emerik Obameyanq (“Arsenal) və Mark-Andre ter Steqen (“Barselona”) düşüb.
Üçüncü beşliyi Kriştiano Ronaldo (“Yuventus”), Alisson (“Liverpul”), Matteys de Liqt (“Ayaks”/”Yuventus”), Kərim Benzema (“Real Madrid”) və Corcinyo Veynaldum (“Liverpul”) formalaşdırıb. 
Dördüncü beşliyə Vircil van Deyk (“Liverpul”), Bernardu Silva (“Mançester Siti”), Son Xın Min (“Tottenhem”), Robert Levandovski (“Bavariya”) və Roberto Firmino (“Liverpul”) daxil edilib.
Beşinci beşlikdə Lionel Messi (“Barselona”), Riyad Marez, Kevin de Brüyne (hər ikisi “Mançester Siti”), Kalidu Kulibali (“Napoli”) və Antuan Qrizmann (“Atletiko”/“Barselona”) yer alıb.
Sonuncu beşliyə Məhəmməd Salah (“Liverpul”), Eden Azar (“Çelsi”/“Real”), Markinos (“PSJ”), Rəhim Sterlinq (“Mançester Siti”) və Joau Feliks (“Benfika”/“Atletiko”) düşüb.

Mükafatlandırılma mərasimi dekabrın 2-də Parisdə Şatle teatrında keçiriləcək.
Ötən il "Qızıl top"u "Real"ın və Xorvatiya yığmasının yarımmüdafiəçisi Luka Modriç qazanıb.

Tarix
22 Oktyabr 2019 [08:18]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-10-22 08:18:14
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin