Sabirabadda keçmiş kürəkən qayınanasının qızıllarını oğurladı

16:59 - 21 Oktyabr 2019 - HADİSƏ

Sabirabad rayonunda oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

 Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 17-də rayonun Çığırğan kəndindəki evlərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən ev sahibinin keçmiş kürəkəni, Şirvan şəhər sakini X.Əhmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır./olke.az

Xəbər xətti