Prezident Baş nazirin müavinini vəzifədən azad edib

16:32 - 21 Oktyabr 2019 - Xəbər

Prezident İlham Əliyev Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Həsənovu vəzifəsindən azad edib.

Ölkə başçısı bununla bağlı sərəncam imzalayıb və sənddə deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Əli Şamil oğlu Həsənov Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir".

Xatırladaq ki, Ə.Həsənov 21.04.2018 -ci il tarixində Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilmişdi. /unikal.org

Xəbər xətti