“Qarabağ” - APOEL matçının hakimləri müəyyənləşib

13:23 - 21 Oktyabr 2019 - İDMAN

Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - APOEL matçının hakimləri müəyyənləşib.

 “Qafqazinfo” xəbər verir ki, UEFA qarşılaşmanı Slovakiyadan olan hakimlər briqadasına həvalə edib. Görüşü Filip Qlova idarə edəcək. Ona Frantişek Ferenç və Yan Pozor kömək edəcək. Qarşılaşmada 4-cü hakim funksiyasını Peter Ziemba yerinə yetirəcək.

Hakimlərin işinə yunanıstanlı hakim-inspektor Mixalis Kukulakis qiymət verəcək. Matçda UEFA nümayəndəsi isə rusiyalı İvan Tsitoviç olacaq.
Qeyd edək ki, “Qarabağ” - APOEL görüşü oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Xəbər xətti