Bərdədə maarifləndirmə tədbiri keçirilib

Azərbaycan Respublikası “Qadın və İnkişaf” Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Regionlarda reproduktiv sağlamlıq və ailə planlaşdırılması üzrə maarifləndirmə tədbirlərinin təşkili” adlı layihə çərçivəsində növbəti tədbir Bərdə rayonunda keçirilib.

Bərdə Rayon İcra Hakimiyyətinin nümayəndəsi Fəxrəddin Əzizov tədbiri giriş sözü ilə açaraq mövzunun aktuallığı barədə məlumat verib, belə tədbirin keçirilməsinin əhəmiyyətindən danışıb.
Mərkəzin rəhbəri Pərvin Məmmədova isə öz çıxışında belə bir aktual məsələyə həsr olunmuş layihəyə dəstək verdiyinə görə Şuraya, tədbirin yüksək səviyyədə təşkilinə görə isə Bərdə Rayon İcra Hakimiyyətinə təşəkkürünü bildirib. O, layihənin məqsədi barədə məlumat verərək həyata keçirilən maarifləndirmə tədbirlərinin vacibliyini vurğulayıb.

Tədbirdə ekspert qismində iştirak edən Səhiyyə Nazirliyinin 5 saylı Qadın məsləhətxanasının müdiri Leyla Məmmədova Azərbaycanda ana və uşaq sağlamlığının qorunması işinin aktual bir problem kimi daim dövlətimizin diqqət mərkəzində olduğunu vurğulayıb, bu sahədə həyata keçirilən dövlət siyasəti, eləcə də reproduktiv sağlamlıq, ailə planlaşdırılması, antenatal xidmət, doğuşdan sonrakı dövrdə xidmət, abortların zərəri, erkən nikahların fəsadları, cinsi yolla yoluxan xəstəliklərin profilaktikası, effektiv kontrasepsiya üsulları barədə ətraflı məlumat verib. O, tədbir iştirakçılarının diqqətinə çatdırmışdır ki, hal-hazırda dünyanın bir sıra ölkələrində doğulan uşaqların cinsə görə nisbətinin pozulması hallarının artması cəmiyyətdə böyük narahatlığa səbəb olan problemlər sırasındadır. Bəzi ailələrdə daha çox oğlan uşaqlarına üstünlüyün verilməsi cəmiyyətdə gender balansının, eləcə də genofondun pozulmasına gətirib çıxara bilər.

Tədbirdə geniş müzakirələr aparılıb, mövcud problemlərin aradan qaldırılmasına yönəlmiş bir sıra təkliflər irəli sürülüb, müraciət edən qadınlara fərdi qaydada məsləhət xidmətləri göstərilib.

Tarix
21 Oktyabr 2019 [10:59]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-10-21 10:59:41
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin