Fransa məhkəməsi separatçılarla imzalanmış “xartiya”nı ləğv edib

Oktyabrın 17-də Lion inzibati məhkəməsi Fransanın Vilörban kommunası ilə Azərbaycanın işğal olunmuş Şuşa şəhəri arasında 2015-ci il mayın 18-də imzalanmış "xartiya"nı ləğv edib. 

Xarici İşlər Nazirliyindən Ucnoqta.az-a verilən məlumatda bildirilir ki, Fransa məhkəməsinin Azərbaycan və Fransa milli qanunvericiliyinə zidd olaraq imzalanan qeyri-qanuni “saziş”in ləğv olunmasına dair qərarı alqışlanıb: "Bu günədək Fransa şəhərləri ilə Azərbaycanın işğal olunmuş ərazilərindəki qondarma rejim tərəfindən yaradılan “yerli hakimiyyət orqanları” arasında imzalanan 10 qanunsuz “müqavilə” Fransanın müvafiq məhkəmə qərarları ilə ləğv olunub. Xüsusilə qeyd olunmalıdır ki, Azərbaycanın Dağlıq Qarabağ regionunun tarixi mərkəzi olan Şuşa şəhəri ilə imzalanmış 3 qanunsuz “xartiya”nın hamısı ləğv edilib".

"Azərbaycan tərəfi inanır ki, hazırda qüvvədə olan və Fransa qanunvericiliyi, xüsusilə də ölkə Konstitusiyasının 73-cü maddəsi ilə ziddiyyət təşkil edən digər qeyri-qanuni “sənədlər” də tezliklə Fransa məhkəmələri tərəfindən ləğv ediləcək. Qanunun aliliyi hər şeydən üstündür və Fransadakı erməni lobbi qrupları başa düşməlidirlər ki, onların Fransa qanunlarını və bu ölkənin beynəlxalq öhdəliklərini pozmaq bahasına öz maraqlarını reallaşdırmaq cəhdləri uğursuzluğa düçardır", - deyə məlumatda qeyd olunub.

Tarix
19 Oktyabr 2019 [18:02]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-10-19 18:02:16
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin