Bakıda taksi sürücüsünü döyərək pulunu və telefonunu aparıblar

Bakıda taksi sürücüsünü döyərək ona qarşı soyğunçuluq edən şəxslərdən biri saxlanılıb. Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Qazax rayon sakini A.Bağırov Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə müraciət edib. Hadisə oktyabrın 17-də saat 19 radələrində baş verib. A.Bağırovun idarə etdiyi “Opel” markalı avtomobilə sərnişin qismində minən 2 nəfərin onu döyərək 88 manat pulunu və mobil telefonunu aparıb. Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinənlərdən Gəncə şəhər sakini S.Ələkbərov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmış, digər şəxs isə müəyyən edilmişdir. Xətai RPİ tərəfindən araşdırma aparılır.
Tarix
19 Oktyabr 2019 [13:32]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-10-19 13:32:34
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin