Gəncədə 2 yaşlı uşaq kimyəvi maddə içib zəhərləndi

10:25 - 19 Oktyabr 2019 - HADİSƏ

Gəncə şəhərində azyaşlı oğlan kimyəvi maddə içib.

Trend-in məlumatına görə, 2017-ci il təvəllüdlü Yusif Verdiyev yaşadığı evdə yerdə olan "ACE" adlı yuyucu mayeni içib. Nəticədə uşaq zəhərlənib. Azyaşlı təcili olaraq Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasına yerləşdirilib. Hazırda vəziyyəti ağır-stabil qiymətləndirilir.

Faktla bağlı araşdırma başlanıb.

Xəbər xətti