Moskvada 67 yaşlı kişi erotik masaj zamanı öldü

09:18 - 19 Oktyabr 2019 - Xəbər

Moskva polisi 67 yaşlı təqaüdçünün ölümünü araşdırır.

Ehtimal edilir ki, kişi erotik masaj zamanı dünyasını dəyişib. “Mash” teleqram-kanalının məlumatına görə, təqaüdçü arvadı evdə olmayan zaman masaj edən xanımı çağırıb.

Lakin “seans” zamanı kişinin ürəyi davam gətirməyib. Qonaq təcili tibbi yardım çağırsa da açarın yerini bilmədiyinə görə, evin qapısını aça bilməyib.
Hadisə yerinə polis və mərhumun arvadı da gəlib. Qapı açıldıqdan sonra kişinin öldüyü məlum olub./oxu.az

Xəbər xətti