“Ronaldo məni əsgər salamı ilə qarşıladı”

19:26 - 18 Oktyabr 2019 - İDMAN

Türkiyə millisinin müdafiəçisi Merih Demiral AÇ-2020-nin seçmə mərhələsində Albaniya və Fransa ilə oyunlarda əsgər salamı verdiyi üçün “Yuventus”da cəzalanacağı iddia olunurdu.

"Qafqazinfo" xəbər verir ki, 21 yaşlı müdafiəçi “Yuventus”un düşərgəsinə qayıdarkən komandanın ulduzu Kriştiano Ronaldonun onu əsgər salamı ilə qarşıladığını deyib:
“Yuventus”un düşərgəsinə qayıdarkən Ronaldo bazada məni əsgər salamı ilə qarşıladı. Bir az şoka düşsəm də, qürur duydum. İndi italiyalı senatorların nə edəcəyini maraqla gözləyirəm”.

Qeyd edək ki, Türkiyə millisinin üzvləri Albaniya və Fransa ilə oyunlardakı qolları əsgər salamı ilə qeyd edib. Futbolçular Türkiyə ordusunun Suriyada keçirdiyi "Pınar hərəkatı"na dəstək olduqları üçün əsgər salamı verib.

Xəbər xətti