Bakı sakinindən 5 kq heroin götürülüb

13:30 - 18 Oktyabr 2019 - HADİSƏ

Bakıda 40 yaşlı kişidən külli miqdarda narkotik vasitə götürülüb.

Hadisə Xətai rayon ərazisində baş verib. Belə ki, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı sakini, 1979-cu il təvəllüdlü N.Məmmədovdan 5 kq.-dan artıq heroin və 2,650 qram metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır./report

Xəbər xətti