Bu məşhurlara “Eurovision” qadağası qoyuldu - Siyahı

Bir neçə gün bundan əvvəl Ukrayna “Eurovision” mahnı müsabiqəsi ilə bağlı seçim qaydalarını yeniləyib.

Qaydalara əsasən, 2014-cü ildən bugünə qədər Rusiyada səhnəyə çıxmış ifaçılar müsabiqəyə qatıla bilməz. Qərar Ukrayna və Rusiya KİV-lərində müzakirələrə səbəb olub, sosial şəbəkələrdə tənqidlərə məruz qalıb. “Qafqazinfo” xəbər verir ki, mövzu barədə Ukrayna Milli İctimai Televiziya və Radio Şirkətinin (NOTU) İdarə Heyətinin sədri Zurab Alasania açıqlama verib.

Kanal rəsmisi qeyd edib ki, Avropada Ukraynanı təmsil edən sənətçi təkcə istedadlı olmamalıdır: “Məsuliyyətini dərk etməli, Ukrayna cəmiyyətinin mövqeyini, dəyərlərini orada bölüşməlidir”.
Bundan əlavə, “Eurovision”a gedə bilməyən sənətçilərin siyahısı da açıqlanıb. Onlar Xalq artistləri Verka Serdyuşka, Ani Lorak, Əməkdar artist Svetlana Loboda, İvan Dorn, MARUV, Alekseev və başqalarıdır.

Tarix
18 Oktyabr 2019 [12:18]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-10-18 12:18:41
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin