TIR avtobusla toqquşdu: 20 yaralı - VİDEO

11:37 - 18 Oktyabr 2019 - HADİSƏ

Türkiyənin Hatay vilayətində TIR və avtobusun iştirakı ilə ağır yol qəzası baş verib. Ucnoqta.az xəbər verir ki, insident səhər saatlarında D-817 avtomagistralında qeydə alınıb.

Məlumata görə, dəmir yüklü TIR əkin-biçin işçilərini daşıyan avtobusla toqquşub. Zərbənin gücündən avtobus yol kənarına aşıb, TIR-ın kabinə hissəsi isə deformasiyaya uğrayıb.

Nəticədə hər iki nəqliyyat vasitəsi olmaqla ümumilikdə 20 nəfər müxtəlif cür bədən xəsarətləri alıblar. Yaralılar ambulanslarla ərazidə yerləşən xəstəxanalara çatdırılıblar. Onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilib.

Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

Xəbər xətti