Su-30 qırıcı təyyarəsi qəzaya uğradı – 2 ölü

Venesuela Hərbi Hava Qüvvələrinə məxsus Su-30 qırıcı təyyarəsi qəzaya uğrayıb. Ucnoqta.az xəbər verir ki, hadisə ötən gün yerli vaxtla 14.46-da ölkənin Quariko ştatında qeydə alınıb. Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, qırıcı Quariko ştatında yerləşən Manuel Riosa aviabazasından havaya qalxıb və Ansoateqi ştatında olan Luis del Vale Qarsiya hərbi-hava bazasına uçmalı imiş.

Göyərtədə iki pilot olub, onların hər ikisi də dünyasını dəyişib.

Hadisənin araşdırılması üçün xüsusi komissiya yaradılıb.

 

Namiq Musayev

Tarix
17 Oktyabr 2019 [15:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-10-17 15:01:30
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin