Bakıda DƏHŞƏTLİ QƏTL: kürəkən arvadını və qayınanasını bıçaqlayaraq yandırıb

Binəqədi rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Hadisə Alıbəyli küçəsi 22 ünvanında baş verib. Belə ki, 1971-ci il təvəllüdlü Vaqif Hüseynov bibisi qızı olan həyat yoldaşı, 40 yaşlı Təranə İsmayılovanı bıçaqlayıb. Daha sonra V. Hüseynov 85 yaşlı bibisini - qayınanasını bıçaqlayıb.

Hər iki şəxs hadisə yerində ölüb.
Qətli törədən V. Hüseynov hər iki meyitin üzərinə neft tökərək onları yandırıb.

Özü isə hadisə yerindən qaçarkən “Azadlıq” prospektində onu sərnişin avtobusu vurub. V. Hüseynov 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində araşdırma aparır./Apa

Tarix
16 Oktyabr 2019 [22:34]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-10-16 22:34:07
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin