Bakı polisi 3 ay əvvəl itkin düşmüş kişini tapıb

09:52 - 16 Oktyabr 2019 - HADİSƏ

Bakıda üç ay əvvəl itkin düşən kişi tapılıb.

İyulun 13-də İ.Qələmov adlı şəxs paytaxtın Qaradağ rayonunda yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb.
Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Qələmov tapılıb.

Faktla bağlı araşdırma aparılır./report

 

Xəbər xətti