Azərbaycanın U-19 millisi San Marinonu məğlub edib

19:07 - 15 Oktyabr 2019 - İDMAN

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində son oyununu keçirib.

Samir Əliyevin baş məşqçisi olduğu kollektiv San Marino yığması ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk qolu 22 dəqiqədə Rüfət Abdullazadə vurub. 50-ci dəqiqədə isə Tural Bayramov fərqi iki topa çatdırıb.

Qeyd edək ki, Azərbaycan millisi əvvəlki matçlarda Norveçə 0:1, Çexiyaya isə 0:4 hesabı ilə uduzduğu üçün növbəti mərhələ şansını itirib. 7-ci qrupun oyunları Çexiyada keçirilib. Bu qrupda meydan sahibləri ilə yanaşı, Norveç növbəti mərhələyə yüksəlib. /report

Xəbər xətti