Zidan "Real"ı tərk etməsindən Danışdı

Zidan: “Real”ı tərk etdiyimə görə peşman deyiləm”

“Bizim nəticələr istədiyimiz kimi deyil. Amma biz yaxşı oynayırıq və onların daha da yaxşılaşacağına əminəm”. APA-nın məlumatına görə, bunu İspaniyanın “Real” klubunun baş məşqçisi Zinəddin Zidanın oğlu Luka Zidan deyib.

“Real”ın “Rasinq”ə icarəyə verdiyi futbolçu “Kral klubu”nu tərk etdiyinə peşman olmadığını bildirib: “Əla klubda olmağıma şadam. Burada məni çox yaxşı qarşıladılar. “Real”ı tərk etdiyimə görə peşman deyiləm. Bu, vacib addım idi. Mən bunu etməli idim. Peşəkar klubda olmaq, oynamaq, özümün faydalılığımı sübut etməliydim. Bir neçə ildən sonra nə olacağını deyə bilmərəm. Başa düşürəm ki, məndən “Real” barədə soruşulması normaldır. Amma cavab vermək fikrində deyiləm”.

Qeyd edək ki, L. Zidan cari mövsümdə Sequndada keçirdiyi 9 oyunda 10 qol buraxıb.

Tarix
15 Oktyabr 2019 [17:02]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-10-15 17:02:16
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin