Paytaxtda dəhşətli yanğın: 10 ev, 20-dən çox avtomobil yandı - VİDEO

07:14 - 14 Oktyabr 2019 - HADİSƏ

Hondurasda yol qəzası zamanı 10-a yaxın ev və 20-dən çox avtomobil yanıb. Ucnoqta.az xəbər verir ki, insident ötən gün ölkənin paytaxtı Tequsiqalpe şəhərində qeydə alınıb. Bu barədə yerli mətbuat məlumat yayıb.

Məlumata görə, benzin daşıyan yük maşını əyləcində yarnmış nasazlığa görə sürücünün idarəetməsindən çıxaraq mebel fabrikasına çırpılıb. Hadisə nəticəsində sürücü dünyasını dəyişib, 23 yaşlı sakin yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Yaralılar dəqiq sayı müəyyənləşdirilir.

Yanğın yerinə 12 yanğınsöndürmə briqadası cəlb olunub.

 

Namiq Musayev

 

Xəbər xətti