Azərbaycan Tokio-2020-yə daha 2 lisenziya qazanıb

Azərbaycan millisi 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına daha 2 lisenziya qazanıb.

Azərbaycan Gimnastika Federasiyasından APA-ya verilən məlumata görə, idman gimnastlarımız - Marina Nekrasova və İvan Tixonov Olimpiadada iştirak hüququna yiyələniblər. Onlar lisenziyaya Almaniyanın Ştutqart şəhərində keçirilmiş dünya çempionatının çoxnövçülük üzrə təsnifat mərhələlərində yetərli xal toplayaraq sahib olublar.

Bununla da Azərbaycan yığmasının Tokio-2020-yə qazandığı vəsiqələrin sayı 9-a çatıb.
M. Nekrasova və İ. Tixonovdan öncə bədii gimnast Zöhrə Ağamirova, bu növdə qrup hərəkətləri üzrə komanda, atletikanın çəkicatma növündə Anna Skidan, üzgüçü Maksim Şemberev, güllə atıcısı Ruslan Lunyov, güləşçilər Mariya Stadnik və Şərif Şərifov da bu hüquqa yiyələnib.

Qeyd edək ki, Tokio Olimpiadası 2020-ci ilin iyulun 24-dən avqustun 9-dək keçiriləcək. 

 

Tarix
13 Oktyabr 2019 [21:13]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-10-13 21:13:18
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin