Biləsuvarda DƏHŞƏTLİ FACİƏ- oğul anasını traktorla vurub öldürdü

16:22 - 12 Oktyabr 2019 - HADİSƏ

Biləsuvar rayonunda ölümlə nəticələnən qəza baş verib.

Hadisə rayonun Səmədabad kəndində olub. Kənd sakini, 1993-cü il təvəllüdlü Məmmədov Fəqan Mirzəbala oğlu yaşadığı evin həyətində traktoru işə salarkən traktor qəfil hərəkətə gəlib və həyətin darvazasını açmaq istəyən anası, 1959-cu il təvəllüdlü Məmmədova Umnisə Əliş qızını vurub.

Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır./trend

Xəbər xətti