Azərbaycan millisinin seçmə mərhələdəki iki oyununa hakim təyinatları açıqlanıb

Futzal üzrə dünya çempionatının seçmə mərhələsində mübarizə aparacaq Azərbaycan millisinin iki oyununa hakim təyinatları açıqlanıb. 

Oktyabrın 23-də Moldova ilə matçın əsas referisi çexiyalı Ondrey Çerny olacaq. Ona latviyalı İnqus Purins və almaniyalı İnqo Himsot köməklik göstərəcək.

Oktyabrın 24-dəki Monteneqro ilə duel İnqo Himsota həvalə olunub. Ona Ondrey Çerny və portuqaliyalı Miqel Kastilyo yardımçı olacaq.

Qeyd edək ki, hər iki görüş Bakı İdman Sarayında olacaq və saat 20:00-da başlayacaq. Joze Alesio Da Silvanın rəhbərlik etdiyi kollektiv oktyabrın 26-da isə Slovakiya ilə qarşılaşacaq. Mundialın əsas mərhələsi 2020-ci ildə Litvada olacaq. /report

 

Tarix
12 Oktyabr 2019 [10:52]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-10-12 10:52:49
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin