Bakıda daha bir yol bağlanacaq - Təmir başlanır

19:15 - 11 Oktyabr 2019 - Xəbər

Bakıda daha bir küçədə avtomobillərin hərəkəti məhdudlaşdırılır.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat veriblər.

Məlumatda bildirilir ki, aparılacaq təmir işləri ilə əlaqədar oktyabr ayının 13-dən 14-nə keçən gecədən etibarən Şəfayət Mehdiyev küçəsinin General Akim Abbasov və Əbdürrəhim bəy Haqverdiyev küçələri arasında yerləşən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Məhdudlaşma 3-4 gün ərzində qüvvədə olacaq. Bu müddət ərzində sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Agentlik yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir./trend

Xəbər xətti